top of page

Terminlər yüklə >>>

Dövlət istiqrazları

Dövlət istiqrazı – emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və əsas məbləği ödənilən borc, sənədsiz, adlı, investisiya qiymətli kağızıdır. İstiqrazların emitenti - Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.

Korporativ istiqrazlar

Respublika ərazisində fəaliyyət göstərən Şirkətlərin özlərinin müəyyən etdiyi faiz gəlirliyiyi ilə emissiya etdiyi istiqrazlardır. Şirkətlər istiqraz emissiya edərək əlavə vəsaitlər əldə edir. İnvestorlar isə öz növbəsində bu istiqrazlara investisiya edərək, müvafiq faiz gəlirləri əldə edir.

Repo, Əks-repo

REPO (Pul vəsaiti cəlb edən)-müəyyən edilmiş dövr ərzində, razılaşdırılmış faiz ödəməklə və geri satın almaq öhdəliyini rəsmiləşdirən maliyyə əməliyyatıdır.

Əks-Repo (Pul vəsaiti ödəyib gəlir əldə etmək istəyən)-müəyyən edilmiş dövr ərzində, razılaşdırılmış faizi əldə etmək və Repo satıcısından onları geri satın almaq öhdəliyini rəsmiləşdirən maliyyə əməliyyatıdır.

Səhmlər (Paylar)

Sahibinə cəmiyyətin kapitalında iştirak, mənfəətinin bir hissəsini dividend şəklində almaq və onun idarə olumasında iştirak etmək hüququ verən investisiya qiymətli kağızıdır.

Respublika ərazisində fəaliyyət göstərən Səhmdar Cəmiyyətlərin (ASC və QSC-lərin) səhmlərinə investisiya edib, həmin səhmdar cəmiyyətlərin payçısına çevrilməklə cəmiyyətin fəaliyyətinin müsbət nəticələrindən dividendlər şəklində gəlir əldə etmək mümkündür.

Şirkətlər isə yeni səhmlər emissiya edərək əlavə vəsait cəlb etməklə fəaliyyətini genişləndirə bilər. 

İpoteka istiqrazları

Bu istiqrazların spesifik xüsusiyyəti onların ani likvidliyinin AR Mərkəzi Bankı tərəfindən təmin olunmasındadır. Yəni bu istiqrazları istədiyiniz gün sataraq vəsaitlərinizi geri götürə bilərsiniz. Bu halda  bütün faiz gəlirlərini deyil, yalnız istiqrazları saxladığınız dövr ərzində əldə etdiyiniz faiz gəlirlərinin bir hissəsini itirərək qalan gəlirləri əldə edirsiniz.

İstiqrazların emitenti-"Azərbaycan İpoteka Fondu"ASC-dir

Törəmə maliyyə alətləri (Derivativlər)

Baza aktivindən (qiymətli kağızəmtəə və s.) törəyən və ya baza aktivinin qiymətinə bağlı olan qiymətli kağızlar.  Əsasən hedcinq və spekulyasiya məqsədilə istifadə olunur. Adətən yüksək leverecə malikdir və nəticədə baza aktivinin qiymətinin azacıq dəyişməsi derivativ alətin qiymətində böyük dəyişikliklərə səbəb ola bilər. Əsas növləri fyuçerslərforvardlaropsionlar, svoplardır

bottom of page